Gecənin son üçdə biri hansı vaxtdır?

    24.06.2020
Kimdən: 
Gulnare
Sual: 
Gecenin 3de 1 hansi vaxtdir
Cavab: 

 Salam aleykum. Yəqin ki, sualda gecənin son üçdə biri barədə soruşulur. Çünki, gecənin son üçdə biri Uca Allahın dünya səmasına enib qulların etdikləri duaları və tövbələri qəbul etdiyi bir vaxtdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gecənin üçdə biri və ya yarısı keçdikdə Uca Allah dünya səmasına enir və belə deyir: "İstəyən varmı ona verim. Bağışlan­ma diləyən varmı onu bağışla­yım. Tövbə edən varmı onun tövbəsini qəbul edim. Dua edən varmı onun duasını qəbul edim". (İmam Əhməd, 9589). Başqa bir hədisdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümüdvericidir". (ət-Tirmizi, 3499).
Gecənin son üçdə birinin hesablanması qaydası belədir: Günəş batan vaxtla (Məğrib namazının girdiyi vaxtla) dan yeri sökülən vaxt (Sübh namazının girdiyi vaxt) arasında olan zamanı 3 yerə bölürük. Dan yeri sökülən vaxtdan alınan nəticəni çıxdıqda gecənin son üçdə birinin girdiyi vaxt alınır.
Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: http://zikr.az/#prayer-times
Daha ətraflı: Gecənin son 1/3-nin hesablanmasına aid misal 

Teqlər: 
Paylaş: