Ey insanlar!

    09.04.2014

Uca Allah buyurur:
“De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158).

“Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!” (Fatir, 3).

“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir” (Fatir, 15).

“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir” (Yunus, 57).

“Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər onu inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Biləndir, Müdrikdir” (ən-Nisa, 170).
 

Paylaş: