Həyat yoldaşımın ailəsi mənə atam evinə getməyi qadağan edir, bu doğrudurmu?

    17.11.2020
Sual: 
Salam yoldaşım qaynanamgil ata evinə getmeye icaze vermir.və bu mene çox pis tesir edir öz qızlarını ise her defe yanlarına getirirler hemin an pis oluram paxıllıq hissi yaranır ama men paxıl deyilem dünya malına paxıllıq eden birisi deyilem.Bu dünyada meni hesred qoyurlar bezen ayrılmaq bele istiyirem ama övladım var mene meslehet verin xayiş edirem
Cavab: 
Aleykum salam. Ailə münasibətləri çox həssas məsələ olduğu üçün belə problemlər ailə daxilində, ağsaqqallara və böyüklərə müraciət edərək  ailənin dağılmasına gətirib çıxartmayacaq bir yolla, hər iki tərəfi dinləyərək həll olunmalıdır. Dinimiz ailənin qorunmasını və hər kiçik problemlərə görə ailəni dağıtmamağı buyurur. Sözsüz ki, heç bir səbəb olmadan kişinin ailəsinin qadına öz ailəsi ilə münasibət qurmağı qadağan etməsi düzgün deyil. Ola bilsin ki, kişinin də bunu qadağan etməsinin müəyyən səbəbləri (məsələn, qadının ailəsi tərəfdən baş verən fitnədən qorunmaq) olsun. Hər br halda səbir edib ailəni qorumaq və belə məsələləri ailə daxili həll etmək lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: