Oruclu olarkən insandan məzi və ya vədi gəlməsi orucu pozurmu?

    10.09.2020
Kimdən: 
Amin
Sual: 
salam oruc olduğun halda (söbh azani şam namazna kimi ) bədəndən məzi və ya vədi gəldiyi halda oruc pozulur? təşəkkür edirəm əvvəlcədən
Cavab: 
Və aleykum Salam. Məzi - ehtiras halında məni (sperma) gəlməmişdən əvvəl övrət yerindən çıxan az miqdarda yapışqan mayedir. Məzinin gəlməsi orucu pozmur. Vədi isə sperma ifraz olunduqdan sonra gələn sudur. Əgər vədi dedikdə spermadan sonra gələn suyu nəzərdə tutursunuzsa, spermanın gəlməsi orucu pozduğu üçün vədi də pozur. Yox əgər şəhvət hissi oyandıqda, spermadan əvvəl gələn suyu nəzərdə tutursunuzsa, bu suya məzi deyilir. Orucu pozan hallar barədə daha ətraflı:
Paylaş: