Dua edərkən Allahı necə tərifləyə bilərəm?

    31.08.2020
Kimdən: 
Omar
Sual: 
Salam aleykum. Dua edərkən Allahı tərifləmək istəyirəm hansı sözlərdən istifadə etməyi məsləhət görürsünüz ?
Cavab: 

Və aleykum Salam. əl-Əsvəd ibn Sərid (radıyəllahu anghu) demişdir: "(Bir dəfə) mən Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedim: "Ey Allahın Elçisi, Uca və Xeyirxah Rəbbimə dediyim təriflərlərlə şeirlərimdə səni də təriflərləyimmi?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Həqiqətən sənin Rəbbin tərifi sevir". (İman Əhməd "əl-Musnəd", 15650). Duanın əvvəlində Uca Allaha təriflər demək duanın qəbul olmasının səbəblərindəndir. Uca Allahı tərifləməyin ən gözəl yolu isə Allahın Özü özünü Quranda təriflədiyi və Peyğəmbərinə öyrətdiyi kimi tərifləməkdir. Quranda Uca Allah bir çox ayələrdə özünü tərifləmiş, həmçinin Peyğəmbərinə də Onu necə tərifləməyi öyrətmişdir. Quran və hədislərdə keçən dualar barədə ətraflı oxuyun:
Quran və Səhih hədislərdən seçilmiş dualar
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?

Teqlər: 
Paylaş: