Rəngli linza istifadə etmək icazəlidirmi?

    10.09.2020
Kimdən: 
ABDULLAH
Sual: 
Esselemu aleykum. 1)Linza taxmaq icazelidirmi,xüsusile rengli linzalar? 2)Mektebe ve ya universitete göre saqqalı kesmek olarmı? Allah razı olsun
Cavab: 
Aleykum salam. Gözə taxılan linzalar iki növdür:
1) Tibbi linzalar - bu növ linzalar müalicə məqsədi üçün və görmə qabiliyyətində olan qüsurları aradan qaldırmaq üçün istifadə olunur. Bu növ linzaları həkimin məsləhəti ilə istifadə etmək icazəlidir.
 
2) Gözəllik məqsədi ilə istifadə olunan rəngli linzalar - bu növ linzaları müəyyən şərtlər daxilində istifadə etmək icazəlidir:
  1. Gözə zərərli olmasın;
  2. Heyvan gözünə (pişik, bəbir və s.) bənzəməsin; Çünki dinimiz bizə heyvanlara bənzətməyi qadağan etmişdir.
  3. Evlilik məqsədilə ilk tanışlıqda istifadə olunmasın; Çünki burada yalan var. 
 
Paylaş: