Paltara dəyən sidik quruyubsa təmizlənmiş sayılırmı?

    11.10.2020
Kimdən: 
Nicat
Sual: 
Salam Aleykum.Paltar sidiye bulaşıbsa və sonra quruyubsa,həmin paltarla namaz qılmaq olarmı?
Cavab: 
Aleykum salam. Namazın doğru olunmasının şərtlərindən biri də namaz qılınan paltarın və yerin nəcasətdən təmiz olmasıdır. Sidik yuyulması vacib olan nəcasətlərdən sayılır. Sidiyə bulaşmış paltar yuyulmayana qədər bu paltarda namaz qılmaq olmaz. Sidiyin sadəcə quruması onun təmizlənməsi demək deyildir. Yalnız 2 yaşına qədər südəmər oğlan uşağının sidiyi istisnadır. Südəmər oğlan uşağının sidiyi üzərinə bir qədər su çiləməklə təmizlənir. Daha ətraflı:
Teqlər: 
Paylaş: