Süd verən ana qədr gecəsini ibadətdə keçirə bilərmi?

    18.11.2020
Kimdən: 
Ayşən
Sual: 
Süd veren ana qedr gecesi tuta bilermi
Cavab: 
Salam aleykum. Qədr gecəsi Ramazan ayının son on gecələrindən birindədir. Tək gecələrə təsadüf etməsi daha çox ehtimal olunur. Bu gecədə ediulən ibadət 1000 ayda (83 ildən çox) edilən ibadətdən daha xeyirlidir. Uca Allah buyurur: "Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur". (əl-Qadr, 3-5). Bu səbəbdən qədr gecəsinə yetişmək istəyən insan yaxşı olar ki, bu on gecənin hamısını ibadətdə keçirsin. İstənilən insan qədr gecəsini ibadətdə keçirə bilər. Yalnız heyz olan qadınlar namaz qılmayaraq və ərəbcə Qurani-kərimə toxunmayaraq digər ibadətləri (dua, zikr və s.) edirlər. Daha ətraflı:
Teqlər: 
Paylaş: