Quranı başa qoyaraq dua etmək olarmı?

    15.05.2020
Sual: 
Qədir gecəsi Quranı başa qoyaraq 2dəfə eyni duanı etmək olarmı.?
Cavab: 

Salam aleykum. Quran başa qoymaq üçün yox, oxuyaraq içindəkilərə əməl etmək üçün göndərilmişdir. Dinimizdə Quranı müqəddəs tutmaq üçün başa qoymaq kimi bir əməl yoxdur. Uca Allah buyurur:
"Bu, barəsində heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır". (əl-Bəqərə, 2).
"
And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?" (əl-Qamər, 22).
"
Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və bir öyüd-nəsihətdir". (Ali İmran, 138).
Dində olmayan, peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi bir əməli savab umaraq etmək savab yox, əksinə, böyük günahdır.
Eyni duanı bir neçə dəfə etmək isə icazəlidir. Daha ətraflı:
Bidət nədir?
Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi? 

Paylaş: