İmanımda şübhəyə düşürəm. Bundan necə xilas olum?

    15.04.2014
Sual: 
Salam aleykum. Eslinde suali yazanda pis oluram, amma bu hisden xilas olmaq isteyirem. Allahim meni bagishlasin! Menim ichimde inamsizlilq yaranib. Men neyneyim ki, bu hisden xilas olum? Chox pis oluram. Bele dushunmek istemirem. Amma bu hiss meni mehv eleyir. Bir az duzelirem, yene de tezeden shubhe girir ichime! Xahiş edirem ki, mene komek edesiniz.
Cavab: 

Aleykum salam. İmanda şübhəyə düşürsünüzsə, ilk növbədə bu şübhə nə ilə bağlıdırsa, həmin məsələyə aid elminizi artırın. Ümumiyyətlə iman gətirən hər bir kəsə şeytan imanda şübhə salmağa çalışır. Əbu Zumeyl (Allah ondan razı olsun) rəvayət edir: "İbn Abbasdan (Allah onlardan razı olsun) soruşaraq dedim: "Köksümdə hiss etdiyim şey nədir?" O soruşdu: "O nədir?" Mən dedim: "Allaha and olsun ki, mən onu danışa bilmərəm". O: "Şübhə ilə bağlı bir şeydir?" - dedi və güldü. Sonra o dedi: "Ondan heç kəs xilas olmamışdır, hətta Allah bu haqda ayə nazil etmişdir: "Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyan­lardan soruş". (Yunus, 94).
O, sözünə davam edərək dedi: "Özündə elə bir şey hiss etdikdə, de: "Huva-l-Əvvalu va-l-Əəxiru va-z-Zahiru va-l-Bətınu va huvə bikulli şeyin alim"Tərcüməsi: "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir". (əl-Hədid, 3).
Həmçinin, şübhə gəldikdə şübhənin şeytandan olduğunu bilin və onun atdığı şübhəyə baş qoşub fikirləşməyin. Həmçinin, dinə və imana aid olan məsələləri yaxşıca öyrənin ki, imanınız qəlbinizdə qüvvətlənsin və orada şəkk-şübhəyə heç bir yer qalmasın.  

Paylaş: