İstihazə halında oruc tutmaq lazımdırmı?

    15.05.2020
Kimdən: 
Bəndə
Sual: 
Salam,istihazə halında olan xanım oruc tuta bilər? Bunun üçün hər gün qüsul almalıdır?
Cavab: 

Aleykum salam. İstihazə, qeyri heyz və ya nifas vaxtlarında, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. İstihazə heyz sayılmadığı üçün bu halda qadın namazlarını qılıb, oruclarını tutmalıdır. İstihazə halında hər dəfə qüsl almağa ehtiyac yoxdur. Sadəcə hər namaz üçün yuyunub dəstəmaz almaq lazımdır. Əgər istihazə qanı müntəzəm gəlirsə, bu halda yuyunub dəstəmaz aldıqdan sonra gələn qan dəstəmazı pozmuş sayılmır. Həmçinin oxuyun:
İstihazə
Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?

Teqlər: 
Paylaş: