Ramazanda yalnız qədr gecəsi ərəfəsində oruc tutmaq olarmı?

    23.07.2021
Sual: 
salam aleykum. mən Qədir gecəsinən bir öncəki gündüz bir sonrakı gündüz oruc tutdum qalan günnər qəzaya qalırmı? Onuda deyimki ramazan ayının orucunu niyyət etməmşəm. tutduğum günü niyyət etmişəm.
Cavab: 
Aleykum salam. Həddi-büluğa çatmış hər bir müsəlmana Ramazan ayını tam olaraq oruc tutmaq vacibdir. Əgər heyz, səfər və ya xəstəlik kimi üzrlü səbəb olmadan Ramazan ayının hər hansı bir gününü oruc tutmazsa, buna görə günah qazanır. Belə edən tövbə etməli və tutmadığı orucları Ramazandan sonra qəza etməlidir. Sözsüz ki siz, tutduğunuz oruca görə savab qazanmısınız, lakin Ramazan orucu vacib olduğu üçün, ayın əvvəlində niyyət etməsəniz belə, buraxdığınız günləri qəza etməlisiniz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: