İnsanlarda olan bəzi xüsusiyyətlərə aid ayələr varmı?

    17.11.2020
Kimdən: 
Misha Gasanov
Sual: 
Hasi surede insani olcmek ucun meyar olan aye var
Cavab: 
Salam aleykum. Əgər meyar dedikdə insanın təbii xüsusiyyətlərini vəsf edən ayələri nəzərdə tutursunuzsa, Quranda bir çox ayələrdə Uca Allah insana xas xüsusiyyətləri vəsf etmişdir. Bu ayələrdən bəzilərini qeyd edək:
"Allah sizin üçün şəriət hökm­­lərini yüngülləşdirmək is­tə­yir, çün­ki in­san zəif yaradıl­mışdır". (ən-Nisa, 28). 
"O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qə­tən, insan çox za­lım, çox nan­­kordur". (İbrahim, 34).
"Qoy ölsün kafir insan! O necə də nankordur!" (Əbəsə, 17). 
"Allah insanı nütfədən ya­rat­dı. O isə açıq-aşkar mübahi­səçi­yə çevrildi" (ən-Nəhl, 4).
"Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah et­dik. İnsan isə ən çox müba­hisə edəndir". (əl-Kəhf, 54).
"İnsan tələskən yara­dıl­mış­dır". (əl-Ənbiya, 37). 
"Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır. Ona bir pislik toxun­duqda özün­dən çıxır, bir xeyir nəsib olduqda isə xəsis­lik edir. Namaz qılanlar istis­na­dır. O kəslər ki, namazlarını həmişə qılırlar".(əl-Məaric, 19-23).
Teqlər: 
Paylaş: