Tez-tez "Ya Allah!" demək olarmı?

    17.11.2020
Sual: 
tez-tez YA ALLAH demək günahmıdır və əli ürəyə qoyaraq şükr və ya dua etmək günahmıdır
Cavab: 
Salam aleykum. "Ya Allah" sözünün mənası "Ey Allah" deməkdir. Əgər belə deməklə dua etməyi, Allahı çağırıb Ondan yarım diləməyi nəzərdə tutursunuzsa, bu, əksinə savabdır, çünki Uca Allah qulunun Ona dua etməsini sevir, Ona dua etməyən quluna isə qəzəbi tutur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Allah Ona dua etməyənə qəzəbi tutar". (Sunən ət-Tirmizi, 3373). Daha ətraflı:
Çox dua etməklə Allahı bezdirirkmi?
Dua edib istəməyimə görə Allah məndən bezər?
Allah Ona edilən dualardan bezirmi?

Allaha şükür edərkən və ya dua edərkən əlləri ürəyə qoymaq şəriətə uyğun deyil. Dua edərkən əlləri açıb ovuclarını sinə qarşısında birləşdirmək müstəhəbdir. Daha ətraflı:
Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
Duanin fəziləti və qəbul olunan dualara aid misallar
Duanın qəbul olması dedikdə nə nəzərdə tutulur?

Teqlər: 
Paylaş: