Kişi, ana və bacısının sözünə görə arvadını boşaya bilərmi? Yalandan "səni sevirəm" demək olarmı?

    04.02.2021
Kimdən: 
Nur
Sual: 
Salam.Ana baci sozuyle sevdiyi kebinde nigahd oldugu qadindan ayrilmaq gunahmidir? Qadini haqqsiz yere boşayan kisiye qadinin soymesi gunahdir? Yalandan seni sevirem demek gunahdir?
Cavab: 
Aleykum salam. İslam dininə görə boşanma üçün ciddi səbəblər olmalıdır. Əgər qadın ərinə itaət edən və əxlaqlıdırsa, bu halda anasının sözünə görə kişinin zövcəsini boşaması düzgün deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günaha və Allaha asiliyə arapan işlərdə məxluqa itaət edilməz. İtaət yalnız doğru, haqq olan məsələlərdədir". (Səhih əl-Buxari, 6830). Səbəbsiz yerə qadını boşamaq isə haqsızlıqdır. Bəzən isə boşanma həm kişi, həm də qadın üçün ən münasib yol olur. Əgər qadın ərinin anasına haqsızlıq edirsə və ərinə itaət etmirsə, bu halda kişi anasının sözünə görə qadını boşaya bilər. Həmçinin oxuyun: Valideynlər kişidən xəstə arvadını boşamağı tələb edirlərsə, onlara itaət etməlidirmi?
Əgər kişi qadını haqsız yerə boşayıbsa, qadının qəlbini qırdığına görə günah daşıyır. Qadın isə əri onu haqsız yerə boşamış olsa belə keçmiş ərini söyməsi düzgün deyil.  
Bir insana yalandan "səni sevirəm" deməyə gəlincə, bu sözü kimə və nə məqsədlə deməsindən asılıdır. Əgər bu sözü deyənin məqsədi qarşı tərəfin sevgisinə nail olub, onu aldatmaq və bu sevgidən sui istifadə etməkdirsə, bu, sözsüz ki günahdır. Əgər yalan olsa belə ərin arvadına və ya arvadın ərinə belə deməkdə məqsədləri ailəni qorumaq və aralarında olan ər-arvad münasibətlırini düzəltməkdirsə, bu halda günah sayılmır. Ətraflı oxuyun: Yalan danışmaqdan çəkinin!
Teqlər: 
Paylaş: