Azan və iqamənin sözlərini yaza bilərsinizmi?

    16.04.2014
Kimdən: 
Məlahət
Sual: 
Salam aleykum. İmkandırsa azan və iqamənin sözlərini bura yazın da...
Cavab: 

Aleykum salam.
Azanın sözləri: 
Allahu əkbər - (4 dəfə), (Allah ən böyükdür).
Əşhədu əllə iləhə illə-l-lah - (2 dəfə), (Mən şəhadət verirəm ki, Allahdan başqa haqq ilah "məbud" yoxdur).
Əşhədu ənnə Muhəmmədə-r-rasulullah - (2 dəfə), (Mən şahədət verirəm ki, Məhəmməd Allahın elçisidir).
Hayyə alə-s-saləh - (2 dəfə), (Namaza tələsin!).
Hayyə alə-l-fələh - (2 dəfə), (Xeyir işə, nicata, qurtuluşa tələsin!).
Allahu Əkbər - (2 dəfə), (Allah ən böyükdür).
Lə iləhə illə-l-lah - (1 dəfə), (Allahdan başqa haqq ilah "məbud" yoxdur).

İqamənin sözləri:
Allahu əkbər 
(2 dəfə), (Allah ən böyükdür).
Əşhədu əllə iləhə illə-l-lah - (1dəfə), (Mən şəhadət verirəm ki, Allahdan başqa haqq ilah "məbud" yoxdur).
Əşhədu ənnə Muhəmmədə-r-rasulullah - (1 dəfə), (Mən şahədət verirəm ki, Məhəmməd Allahın elçisidir).
Hayyə alə-s-saləti - (1 dəfə), (Namaza tələsin!).
Hayyə alə-l-fələh - (1 dəfə), (Xeyir işə, nicata, qurtuluşa tələsin!).
Qad qaməti-s-salətu, (2 dəfə), (Artıq namaz başlandı).
Allahu Əkbər - (2 dəfə), (Allah ən böyükdür).
Lə iləhə illə-l-lah - (1 dəfə), (Allahdan başqa haqq ilah "məbud" yoxdur).

Abdullah ibn Zeyd ibn Abdi-Rabbihi (Allah ondan razı olsun) belə deyir: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün peyğəmbər bundan narahatlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Ey Allah bəndəsi, zəngi satırsanmı? O dedi: Onu nə edirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracayıq. O dedi: Mən sənə bundan daha xeyirlisini deyimmi? Mən dedim: Əlbəttə, de. O dedi: Bax belə deyirsən:
Allahu Əkbər, Allahu Əkbər. 
Allahu Əkbər, Allahu Əkbər. 
Əşhədu əllə iləəhə illəllah. 
Əşhədu əllə iləəhə illəllah. 
Əşhədu ənnə Muhəmmədən Rasulullah. 
Əşhədu ənnə Muhəmmədən Rasulullah. 
Həyyə alə-s-Saləh. 
Həyyə alə-s-Saləh. 
Həyyə alə-l-Fələh. 
Həyyə alə-l-Fələh. 
Allahu Əkbər, Allahu Əkbər. 
Lə iləəhə illəllah.

Sonra bir az aralandı və dedi: Namaza durduqda isə (yəni iqamə verdikdə) belə deyirsən;
Allahu Əkbər, Allahu Əkbər. 
Əşhədu əllə iləəhə illəllah. 
Əşhədu ənnə Muhəmmədən Rasulullah. 
Həyyə alə-s-Saləti. 
Həyyə alə-l-Fələh. 
Qad qaaməti-s-Salət. Qad qaaməti-s-Salət.  
Allahu Əkbər, Allahu Əkbər. 
Lə iləhə illəllah.

Abdullah ibn Zeyd ibn Abdi-Rabbihi deyir: Səhər açılanda peyğəmbərin yanına gəldim və gördüklərimi ona danışdım. O, isə dedi: "Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi. Azanı, Əbu Bəkrin köləsi Bilal oxuyurdu". (Əbu Dəvud: № 469. Əhməd: 3/ 14/ № 244; Əbu Dəvud: 2/ 169/ № 495; Tirmizi: 1/ 122/ № 189; İbn Məcəh: 1/ 232/ № 706).

Teqlər: 
Paylaş: