Dində naməhrəmi sevmək günahdırmı?

    20.12.2020
Sual: 
Salam,Bir sualim var,Dinde Namehremi sevmek gunahdirmi?Elci gelmey isteyiller,hele gelmeyibler atami gozdeyiller xaricdedi,Elagemizde var onunla ama ki qorxuram duzgundurmu bu yoxsa yox,Birdeki Redd cavabin alsalar ne etmeliyik biz?
Cavab: 
Aleykum salam. Haram əlaqələr (təklikdə qalmaq, toxunmaq, ailədən xəbərsiz ünsiyyət) olmadan, evlənib ailə qurmaq məqsədilə sevmək dində qadağan deyil, lakin əgər bu sevgi dində haram olan əməllərə gətirib çıxarırsa, bu cür sevgi qadağandır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biri-birilərini sevən qız və oğlanın aralarında olan sevgilərini qoruyub saxlamaq üçün evlənməkdən daha yaxşı bir yol yoxdur" (İbn Macəh, 1847. Silsilə əs-Sahihə, 624). Həmçinin, ailə qurmağınız üçün atanızın cavabını gözləməyiniz çox doğrudur. Dinimizə görə qız atasının izni olmadan ailə qura bilməz. Əgər atanız razı olmasa və qarşı tərəf rədd cavabı alsa, bu zaman əlaqələri dərhal kəsmək lazımdır, çünki evlənməyəcəyinizi bildikdən sonra naməhrəmi sevmək böyük günahlara gətirib çıxara bilər. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: