Hicablı qadının ayaqları açıq (corabsız) ola bilərmi?

    28.01.2021
Sual: 
Salam.hicabli qadinin ayagi topuga qeder baglanmasi buyurulub.bes neye gore namazda ve ya hicabli qadin naskisiz geze bilmez?axi topuga qeder baglanmasi vacibdir
Cavab: 

Aleykum salam. Hicablı qadının əlləri və üzü istisna olmaqla bütün bədəni örtülü olmalıdır. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)". (ən-Nur, 31). Həmçinin oxuyun: 
Qadın corabsız namaz qıla bilərmi?
Qadınlar hicab geyinərkən ayaqları da örtülü olmalıdırmı?

Teqlər: 
Paylaş: