Quranın mənaca tərcüməsini sonuna qədər oxuyan Quranı xətm etmiş sayılırmı?

    07.01.2021
Kimdən: 
Sekine
Sual: 
Salam. Məndə Qurani Kərim kitabı azərbaycan dilində tərcümə olunmuş şəkildədir. Mən azərbaycan dilində Quranın 1 ci sehifəsindən son səhifəsinə qədər oxumağı istəyirəm. Bilmək istərdimki tərcümə olunmuş Quranı tam oxumaq xətim sayılırmı və bunun savabı varmıdır?
Cavab: 
Va aleykum Salam. Qurani Kərimi həm ərəb dilində, həm də tərcüməsini oxumaq böyük savabdır. Lakin, Quranı ərəbcə oxumaq azərbaycan dilinə mənaca tərcüməsini oxumaqdan savab cəhətdən daha böyükdür, çünki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ərəbcə olan Quranın hər hərfinə görə 10 savab vəd edib. Biz bunu mənaca tərcümələrə aid edə bilmərik. Quranın azərbaycan dilinə mənaca tərcüməsini oxumağın hər hərfinə 10 savab olmasa da, müəyyən savab var. Daha ətraflı: Quranı Azərbaycanca oxumaq ərəbcə oxumaq qədər savabdırmı?
Teqlər: 
Paylaş: