Falçılar gələcəyi bilirlərmi?

    04.02.2021
Sual: 
Salam.mənə deyirlərki bir həftə ərzində udar olacaq.ailən dağılacaq.uşaqlarım var çox narahatam.falçı bunu həqiqətən bilibmi deyir?
Cavab: 
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allahdan başqa heç kəs gələcəyi bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər". (ən-Nəml, 65). Falçılara gəlincə, onlar yalançıdırlar. Onlar dindən məlumatı olmayan və savadsız insanların etibarını qazanaraq din adından aldadırlar. Hətta bəziləri Qurandan istifadə edərək fala baxdığını belə iddia edir. Bütün bunlar xurafatdır. Qurana baxsaq görərik ki, Quran özü belə insanların böyük günah işlədiklərini bildirir. Odur ki, Allaha təvəkkül edin. Daha ətraflı: 
Teqlər: 
Paylaş: