Ərinin ona xəyanət etməsindən şübhələnən qadın nə etməlidir?

    03.10.2021
Sual: 
Salam men sevib evlenmiwem ama yoldawim meni bacimla aldadib hal hazirda da oban daniwdigini bilirem ama subut ede bilmirem hec kim mene inanmir menim onunla evli qalmagim gunahdirmi? Ondan bowanmaliyammi? Ne edeceyimi bilmirem sualimi tez cvb vererdiz cox xaiw edirem indiden sagolun
Cavab: 

Va aleykum salam. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənlə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil. Ürəyinizə gələn fikirlər şeytanın vəsvəsələri də ola bilər. Bu səbəbdən İslam dini bir kəsə zinakar hökmü verərəkən çox ciddi şərtlər qoymuşdur. Belə ki, dörd nəfər şahid zina edən kişi və qadının münasibətdə olduqlarını görməlidir. Əksinə Uca Allah dəlilsiz-sübutsuz kimisə zinada ittiham edənləri şiddətli əzabla hədələyərək buyurur: "Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir" (ən-Nur, 23). 

Paylaş: