"Hamı Qurana tabe olsaydı, parçalanma olmazdı" fikri doğrudurmu?

    06.04.2021
Kimdən: 
Şamil
Sual: 
Size Allahin selami olsun. Fikir verirem namazin esas sertleri butun firqelerde eynidir. Hamsinin rukusu, secdesi var, amma insanlar ozlerini dine gore deyil kecmisin insanlarina gore bolurler. Quranla gedilseydi hami bir firqeden olardi. Ana- Atanin komeke gele bilmeyeceyi bir gunde peygember, alim, imam-in komeye geleceyinimi dusunurler? Butun firqeler şirk icindedi? Axi firqelere bolunmeyin deyir Quranimiz.
Cavab: 
Salam aleykum. İslam ümmətinin firqələrə parçalanmasının səbəbi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sünnəsindən, qoyduğu yoldan və Quranı açıqlamasından uzaq düşmələridir. Əgər tək Quranı oxuyub öz başa düşdüyün kimi əməl etmək kifayət olsaydı, o zaman Allahın peyğəmbər göndərməsinə ehtiyac olmazdı. Uca Allah bizə Peyğəmbəri ona görə göndərib ki, Allahın bizə nazil etdiyi Quranı Allahın istədiyi kimi, düzgün şəkildə bizlərə açıqlasın, hökmlərini izah etsin, ümumi ayələrin təfsilatını bildirsin. Məsələn, Quranda namaz qılmaq əmr edilib, amma namaz qılma şəklini bizə peyğəmbər öyrədib. Peyğəmbərin dedikləri və izah etdikləri də Uca Allahın əmri ilədir. Uca Allah buyurur: "Sənə də Zikri nazil etdik ki, insan­lara, on­lara nazil olanı izah edə­sən və bəlkə on­lar fikirləşələr" (ən-Nəhl, 44). Qurani-Kərimə tabe olmaq Peyğəmbərin dediklərinə itaət etməklə olur. Əgər bir insan Peyğəmbərin hədislərini inkar edirsə, o şəxs Quranın bir çox ayələrini də inkar etmiş olur, çünki Quranın bir çox ayələrində məhz Peyğəmbərə itaət etmək, onun buyurduqlarını əməl etmək əmr olunur. Uca Allah buyurur: "Kim Peyğəmbərə itaət edər­sə, Alla­ha itaət etmiş olar, kim üz çevi­rər­sə, bil ki, Biz sə­ni on­lara gözətçi gön­dər­mə­mi­şik" (ən-Nisa, 80). Daha ətraflı:
Teqlər: 
Paylaş: