Din ilə əlaqəli işlərdən pul qazanmaq olarmı?

    06.04.2021
Kimdən: 
Musa
Sual: 
Salam Aleykum.dinden pul qazanmaq olarmi? Meselen dini saytdan ve s? Onceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Dinin yayılması və dəvətlə əlaqəli olan işlərdə əsas niyyət Allahın dinini insanlara olduğu kimi çatdırmaq və Allahın rizasını qazanmaq olmalıdır. Əgər bu işə görə sizə pul da təklif edirlərsə, o zaman bu pulu almaqda bir qəbahət yoxdur. Alimlər hətta Quran öyrətməyin qarşılığında belə haqq almağı icazəli görmüşlər. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Zəhmət haqqı almağa ən çox layiq olan Allahın Kitabıdır". (Səhih əl-Buxari, 5737). Lakin, dinimizdə olmayan bidət (dində yenilik) əməllər etməklə pul qazanmaq haramdır. Məsələn, pul müqabilində yas mərasimlərində və ya qəbirlərin yanında Quran oxumaq, xəstəyə dua yazmaq və s. Həmçinin oxuyun:
Ruqyə (Quranla müalicə) qarşılığında pul almaq düzgündürmü?
Ölüyə quran oxutmaq olarmı?
Paylaş: