Başqasının təhqirlərinə səbir etmək alçalmaq sayılırmı?

    29.07.2021
Sual: 
Salam meni narahat eliyen bir mesele var men bir noqsan elemisdim iwde bu noqsana gore menim iwimde boyuk prablem oldu ve men iwimi itire bilerdim lakin uzur haqliq bildirennen sonra hemen adamnan uzdewdim mennen 30 yas boyukdu o menle cox pis ve tehqirle danisdi men amma qarwiliqinda sebr ve temkin gosderdim cunki cavab verseydim iwimnen olacaqdim ve aileye men baxiram bu meni menevi olaraq cox narahat eliyir bu menevi alcalmaqdi? Yoxsa duzgun addimdir bu weylerin baw vermemesi ucun? Indiden minnetdaram size
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, səhvsiz insan yoxdur. Bir insanın səhvini boynuna alıb qarşı tərəfdən üzr istədiyi halda təhqir olunması onun haqqının tapdalanması sayılır. Qiyamət günü haqqı tapdalan hər kəs ona zülm edəndən öz haqqını alacaq. Sizin ona cavab qaytarmamağınız heç də alçalmaq sayılmır. Bu haqsızlığa qarşı səbir edib sizə qarşı haqsızlıq edəni bağışlasanız, sözsüz ki, buna görə Allah qatında savab qazanmış olursunuz. Uca Allah buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və ba­rış­sa, onun mükafatı Alla­ha aid olar. Həqiqətən, O, za­lımları sev­mir" (əş-Şura, 40). Uca Allah haqsızlığa məruz qaldığı halda insanları bağışlayanları tərifləyərək belə buyurur: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mal­­­la­rın­dan Allah yolunda xərc­ləyər, qəzəblərini bo­ğar və in­sanları ba­ğış­layarlar. Allah yax­şı iş gö­rən­ləri sevər" (Ali-İmran, 134). Həmçinin bu cavabları oxuyun:
Paylaş: