Vaciblə fərz arasında fərq varmı?

    23.04.2021
Kimdən: 
Rövşən
Sual: 
Salam qardaş necəsiz mən şairdən yararlanırlar Allah sizlərdən razı olsun qardaş mən fiqhi məsələləri hansı kitabdan öyrəndim yaxşı olar birde vaciblə farz arasında fərq varmı?
Cavab: 
Va aleykum Salam. Bəzi məzhəb alimləri fərzlə vacib arasında fərq olduğunu desələr də, əksər alimlərə görə vacib ilə fərz arasında heç bir fərq yoxdur. Həm fərz, həm də vacib əməlləri Allah üçün yerinə yetirənə savab yazılır, tərk edənə isə günah yazılır. Məsələn, gün ərzində beş vaxt namaz qılmaq fərzdir, eyni zamanda da vacibdir. Ramazan ayında oruc tutmaq fərzdir və ya vacibdir.
Fiqh məsələlərini isə saytımızda olan bu kitabdan oxuya bilərsiniz: İslam fiqhi (Quran və səhih hədislərə əsasən)
Teqlər: 
Paylaş: