Qüsl edərkən bədənin hər yerini əl ilə ovxalamaq vacibdirmi?

    21.05.2021
Sual: 
Salam aleykum qusulu ederken butun orqanlarimizi el ile ovalamaliyiq yoxsa sadece su deydirsek bes eder? Birde krant altinda su axaraq edek yoxsa adi qab ile su deydirek? Birde qusul da yõnumuz hara olmalidir tam etrafli basa salin da qardaw xahiw edirem
Cavab: 

Va aleykum Salam.

1. Qüsl alarkən bədəndə su dəyən yerləri əl ilə ovxalamaq vacib deyil, lakin su dəyməyən yerləri islatmaq üçün əl ilə ovxalamaq lazımdır (məsələn göbəyin içi, qoltuq altı, övrət yeri və s.). Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

2. Qüslü su kranından axan və ya qabdakı su ilə almağın heç bir fərqi yoxdur.

3. Qüsl aldıqda istənilən tərəfə çevrilmək olar.
Teqlər: 
Paylaş: