Qüsl alarkən qadından gələn axıntı qüslü pozurmu?

    09.02.2021
Kimdən: 
Anonim xanim
Sual: 
Salam. Xanim cunub olandan sonra, qusl alanda övret yerinden axinti gelir.Sehv elemiremse vedidi, meni deyil. 1.Sualim belediki ovret yerinden az az axinti gele gele qusl almaq olar? 2. Cunub olandan sonra birez şehvet hissi qalir, bele halda qusl almaq olar?
Cavab: 
Va aleykum Salam.
1. Cənabət qüslu alarkən məzi və ya başqa axıntı qüslu pozmur. Sadəcə qüsl alandan sonra axıntını təmizləyib namaz üçün dəstəmaz almaq lazımdır.

2. Yalnız məni (sperma) çıxdıqda və ya cinsi əlaqə baş verdikdə qüsl pozulur. Şəhvət hissi isə qüslu pozmur. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: