İslam dini cin deyilən bir gözəgörünməz məxluqun varlığını təsdiqləyirmi?

    04.02.2021
Kimdən: 
Fərid Dəmirov
Sual: 
Salam İslamda Cin Deyə Bir Gözəgörünməz Məxluq Varmıdır ???
Cavab: 
Va aleykum Salam. Bəli, yer üzündə insanlarla yanaşı cinlər də yaşayır və onların öz aləmləri var. Lakin biz onları görmürük, onlar isə bizləri görürlər. Uca Allah buyurur: "Ey Adəm oğulları! Şey­tan, əc­da­dı­nızın ayıb yerlərini özlə­ri­nə gös­tər­mək məqsədilə aldada­raq libaslarını so­yundu­rub Cən­nət­dən çıxartdığı kimi, sizi də al­datmasın. Şübhəsiz ki, o və onun nəs­li sizləri sizin on­ları görə bil­mədiyiniz yerlər­dən görürlər. Hə­qi­­qə­tən, Biz, şeytanları iman gətirməyən­lə­rin dostları etdik" (əl-Əraf, 27). Qurani-Kərimdə cinlər haqda geniş şəkildə qeyd olunub və cinlər haqda "əl-Cinn" surəsi nazil olub. Daha ətraflı: 
Teqlər: 
Paylaş: