"Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin" ayəsinin təfsiri

    19.06.2021
Sual: 
Nur sure 32 deye bilersiz mene zehmet olmasaY
Cavab: 

Salam aleykum. Uca Allah ən-Nur surəsinin 22-ci ayəsində belə buyurur: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir!" (ən-Nur, 32). 

Böyük təfsir alimi Abdur-Rahmən əs-Sadi bu ayənin təfsirində belə deyir:

"Uca Allah bu ayədə himayədarlara və kölə sahiblərinə müraciət edərək onlara himayələrində olanları evləndirməyi əmr edir. Himayədə olanlar dedikdə, subay kişilər, ba­­­ki­rə qızlar, boşanmış və dul qadınlar nəzərdə tutulur. Qohumlar və ye­tim­­lə­rin hamiləri himayələrində olan və evlənməyə və ya ərə get­­mə­yə ehtiyacı olanları evlən­dirmək vacibdir. Əgər insanlara on­la­rın hi­mayəsində olanları evləndirmək əmr olunubsa, on­da on­ların özlərinin ai­lə həyatını qurması daha çox vacibdir.

Uca Allah buyurur: "əməlisaleh kölə və kənizlərinizi evləndirin", ola bilsin burada dini baxımdan əməlisaleh olanlar nəzərdə tutulur. Əməlisaleh kölə kişi və qadınlar, zina­dan çəkinən mömin kölələ kişi və qadınlardır. Mömin və əməlisaleh olduqlarına görə mükafatı olaraq Uca Allah onların sahiblərinə onları evləndirməyi əmr etmişdir. Kölə sa­hibləri kölələrini mö­min­­liklərinə görə mükafat­lan­dırmalı və onları evliliyə hə­vəs­lən­­dir­məlidirlər. Kölə zinakarlıq etdikdə, onunla evlənmək qadağandır. Bu ayə, surənin əvvəlində gələn ayəni təsdiq edir ki, zinakar kişi və zi­na­kar qadın, törətdikləri günahı tövbə etmədikcə, evlən­mək haq­qı­na malik olmurlar və biz bu barədə bu surənin əvvəlində bəhs et­miş­dik.
Sonra Uca Allah buyurur: "Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər". Uca Allah evlənənləri Öz lütfü ilə zən­gin­ləş­di­rəcəyini vəd edir. Müsəlman düşünməməlidir ki, ev­lən­­məklə və ailə üzvlərinin sayını artırmaqla maddi vəziyyəti çə­tin­­ləşəcək, çünki Uca Alah Öz qullarına ev­lənməyi əmr etmiş və on­­ları ehtiyacdan və kasıblıqdan qoruyacağını vəd etmişdir.
"Allah lütfü ilə Genişdir", Onun mər­­­həməti və xe­yirxahlığının həddi yoxdur. "Biləndir", yəni Allah, kimin həm dini, həm də dünyəvi zəngin­liyə layiq olduğunu, kimin isə bu ikisindən yalnız birinə layiq olduğunu, kimin də heç birinə layiq olmadığını ən yaxşı biləndir. Uca Allah Onun Öz elmi və hikmətinə uyğun olaraq hər kəsi mükafat­landırır".
Teqlər: 
Paylaş: