Şalvarın ayağını qatlayaraq namaz qılmaq olarmı?

    02.09.2021
Kimdən: 
Arif
Sual: 
Salam Aleykum və rəhmətullah 1.Bığları saxlamaq olar yəni qırxmamaq saqqal ilə birlikdə saxlamaə.Yəni nə saqqalı nə də bığları qırxmamaə.Saqqal hansı ölçüyə qədər olmalıdır? 2.Telefonda və ya fotoaparatda səkil çəkmək olar? Şəkilləri instagram və ya digər sosial şəbəkələrdə paylaşmaə olar? 3.kişi ancaq qaşın ortasın götürə bilər əgər özünə kompleks edirsə? 4.Şalvarın ayağın qatlamağa icazə var? Əgər şalvarım topuqdan aşağıdırsa mən onun ayağın qatlaya bilərəm? Ayağı qatlayıb namaz qılmaq olar? Mən əşitmişdim ki peyğəmbər namaz vaxtı libası qatlamağa icazə vermiyib mən nə edə bilərəm onda ?
Cavab: 
Va aleykum salam və Rahmətullah.
1) Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Uca Allahın əmri ilə bizə saqqalı uzatmağı, bığları isə qısaltmağı buyurmuşdur. Bığları saqqalla birlikdə uzatmaq qadağandır və bu əməl özünü kafirlərə bənzətmək sayılır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Atəşpərəstlərə müxalif olaraq, bığlarınızı kəsin, saqqalınızı uzadın". (Səhih Muslim, 260). Həmçinin buyurmuşdur: "Müşriklərə müxalif olaraq, saqqallarınızı uzadıb, bığlarınızı qısaldın". (Səhih əl-Buxari, 5892; Səhih Muslim, 259). Daha ətraflı:

2) Dinimizdə insan və heyvanların şəkillərini çəkmək qadağandır. Fərq etməz, istər şəkil əllə, istər telefonla, istərsə də fotoaparatla çəkilsin. Yalnız sənəd üçün çəkilən şəkillər zəruri hal sayıldığına görə istisnadır. Bu şəkilləri sosial şəbəkələrdə paylaşmaq da qadağandır. Həmçinin oxuyun: Telefonla, yaxud fotoaparatla şəkil çəkdirmək olarmı?



3) Əgər qaşın ortasındakı tüklər həddindən artıq çoxdursa və eybəcər görünürsə, bu tükləri götürmək olar. 


4) Ümumiyyətlə istər namazda, istərsə də namazdan kənar müsəlmanın şalvarının ətəyi topuqdan aşağı düşməməlidir. Namazda balağı qatlamağa gəlincə, bu bəyənilməyən bir əməldir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın ətəyi­ni və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi". (Peyğəmbər alın deyəndə) burnuna da işarə etdi". (Səhih əl-Buxari, 812). Bu hədis dəlalət edir ki, namaz qılarkən köynəyin qollarını və şalvarın ətəyini qatlamaq bəyənilmir, lakin belə qılınan namaz səhihdir. Əbu Cuheyfə rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qır­mızı pal­tarda, ətəyi baldırının yarısına qədər qaldırılmış halda çadırdan çıxdı və camaata iki rükət namaz qıl­dırdı. (Səhih əl-Buxari, 376). Daha ətraflı:
Teqlər: 
Paylaş: