Qadağan olan oturuş tərzləri hansılardır?

    02.09.2021
Kimdən: 
Asif
Sual: 
Salam Aleykum. 1.Peyğəmbərin oturuş tərzləri hansılardır və Peyğəmbərimiz hansı oturuş tərzlərin əadağan etmişdir? 2.əsəbləşən insan cəhənəmmə düşür hədisi var??? Bəs bu insanın əsəbi soyuyanda bağışlanma diləsə onda necə?
Cavab: 
Aleykum salam. 
1) Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) oturuş tərzləri barədə xüsusi bir hədis gəlməyib. Bununla belə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bəzi oturuş tərzlərindən çəkindirmişdir. Qadağan olunmuş oturuş tərzlərindən biri insanın yerdə sol əlini arxa tərəfə uzadaraq ona söykənməsidir. Əş-Şureyd ibn əs-Suveyd (Allah ondan razı olsun) rəvayət edərək buyurur: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənim yanımdan keçirdi, mən də bu cür - sol əlimi arxa tərəfə qoyub oturaraq ona dirsəklənmişdim. Peyğəmbər (salləllahu aleyhi və səlləm), mənə dedi: "Qəzəbə düçar olmuşların oturuşu ilə oturmusan?!" (Əbu Davud 4848; İmam Əhməd, 18960).
Qadağan olunmuş digər bir hal isə yarı günəş, yarı kölgədə oturmaqdır. Bureydə (Allah ondan razı olsun) rəvayət edərək buyu­rur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) yarı kölgə, yarı günəşdə oturmağı qadağan etmişdir. (İbn Məcə, 3790). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunun səbəbini izah edərək belə demişdir: "Bu, şeytan otu­ru­şudur". (Silsilə əs-Sahihə 838).
Həmçinin Cümə xütbəsini dinləyərkən çömbəlib oturmaq bəyənilmir. Muaz ibn Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Cümə günü imam xütbə verərkən çömbəlib oturmağı qadağan etmişdir. (ət-Tirmizi, 514). Çömbəlib oturmaq dedikdə, yanları üstə oturub əllər ilə dizləri qarına tərəf yığmaq nəzərdə tutulur. 
2) Qəzəblənən insanın Cəhənnəmə düşməsi barədə bir hədis yoxdur. Sadəcə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qəzəblənməyin şeytan tərəfindən olduğunu bildirmişdir. Əbu əd-Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər gəlib Allah Elçisinə (salləllahu aleyhi və səlləm) dedi: "Ey Allahın Elçisi! Məni Cənnətə salacaq bir əməl göstər!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə dedi: "Qəzəblənmə, sənə Cənnət verilər!" (ət-Tabərani: "Mu'cəmu-l-Kəbir", 1762). Daha ətraflı:
Paylaş: