Qurandan əvvəlki kitablarda peyğəmbərlərin adları çəkilirmi?

    24.04.2014
Sual: 
Salam aleykum. Bilmek isterdim ki, Quranda adi chekilen peygemberlerin heyati Tovratda ve İncilde varmi ve ya olubmu? Yoxsa artiq Muhemmed peygemberin (s.a.s) vaxtinda Tovrat tehrif olunmushdur? Yeni Tovratda ve ya incilde Ibrahim, Yusuf, Musa ve s. Peygemberlerin adi ve ya onlarin heyati haqqinda melumat var idimi? Allah komeyiniz olsun.
Cavab: 

Aleykum salam. Bu haqda Quranın bir çox ayələrində xəbər verilir. Allah Təala belə buyurur: "​Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə sizi müjdələyən bir elçisiyəm!" Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: "Bu, aşkar bir sehrdir!"– dedilər". (əs-Saff, 6).
Əhməd Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) adlarından biridir. Tövratda və İncildə, Quranda adı çəkilən peyğəmbərlər, eləcə də Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) haqda məlumatlar vardır. Lakin Tövrat və İncil təhrif olunduğuna görə onlara etimad etmək olmaz. 

Teqlər: 
Paylaş: