Mənə tövbə namazının qılınma qaydasını yazın

    27.04.2014
Sual: 
Salam aleykum. Mene tovbe namazinin etrafli shekilde yazin. Yeni tovbe namazinda neler deyilir? Tovbe namazinda nece oturulur durulur ve tovbe namazi neche ruketdir? Bunlar lazimdir mene. Sualimin cavabinda link qoymuyun. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Tövbə etmək üçün namaz qılmaq vacib deyil, istəsəniz adi 2 rükətli namaz qıla bilərsiniz (sübh namazı kimi).  Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: “Günah etdikdən sonra dəstəmaz alıb iki rükət namaz qılan və Allahdan günahına görə bağışlanma diləyən elə bir qul yoxdur ki, Allah onu bağışlamasın”. (İbn Hibban, 623).
Bir insan günah etdikdə tövbə etmək üçün bunları etməlidir: İlk növbədə etdiyi günaha görə mütləq peşman olmalıdır. Əgər günahına görə peşman olmasa artıq tövbəsi düzgün sayılmayacaqdır. Sonra qəti qərar verməlidir ki, bir daha bu günaha qayıtmayacaqdır. Sonra bu etdiyi tövbəni sırf Allah üçün etməlidir, yəni başqa məqsədlərə görə deyil, ixlas ilə (səmimi şəkildə) Allah üçün etməlidir. Məsələn: Bir insan içki içməsə və desə ki, canıma ziyandır və buna görə də içkini tərk edirəm və ya camaatdan ayıbdır -- belə niyyətlə içkini tərk etsə, bu tövbə düzgün deyildir. Çünki Allah üçün, Allah Təala haram edib deyə tərk etməmişdir. Sonra tövbəni əcəl gəlməmişdən qabaq etmək lazımdır. Yəni əgər bir insan canı boğaza yetişəndə (öldüyü an) tövbə edərsə, tövbəsi qəbul olmayacaqdır. Sonra əgər edilən günah insan haqları ilə bağlıdırsa, O haqqı qaytarmaq lazımdır. Sonra qeyd edim ki, tövbə edilən zaman və ya günhalardan bağışlanmaq dilədikdə bu sözləri demək daha yaxşıdır. "Allahım Sən Mənim Rəbbimsən. Səndən başqa haqq Məbud yoxdur. Məni Sən yaratdın və Mən Sənin qulunam. Gücüm çatan qədər sənə veriyim əhdə və vədə sadiqəm. etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla şübhəsiz ki günahları yalnız Sən bağışlayırsan"

Teqlər: 
Paylaş: