Səcdə izi haqqında olan ayə hansı surədədir?

    30.04.2014
Sual: 
Salam aleykum. Burda bir sual var mominler alinlarindaki mohur izi ile taninacaq. Yadimda deyil hansi surede ayedir, amma bele aye olmalidir ki, mominler axiret gunu alinalrindaki mohur yox secde izi ile taninacaq. Burada iz fiziki deyil, Allah rizasi uchun alnini yere qoyub secde eden mominin uzunde-alnindaki iz nurdur. Hemde alindaki izin fiziki olmasi riyakarliga getirib chixarar. Bele shey ola bilmez dinimizde. İsteyerdim ki, hemin dediyim ayeni yazardiz. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Söylədiyiniz ayə əl-Fəth surəsində keçir. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir". (əl-Fəth, 29).

Teqlər: 
Paylaş: