Səsli namazlarda çaşdığıma görə pıçıltı ilə qılmağım doğrudurmu?

    30.04.2014
Kimdən: 
Aysel
Sual: 
Salam aleykum. Men eshitmishem ki, camaat namazi qilmaq savabdir. Ancaq men yanimda kimse olanda namaz. Xüsusi ile de sesli qilanda chashiram. Ona gore chox vaxt tek qiliram. Belede fikrimi daha rahat toplaya bilirem. Ümumiyyetle ses olanda chashiram. Namazi sessizlikde qiliram. Namazi sozlerini de pichilti ile deyirem. Bu düzgündürmü?
Cavab: 
Aleykum salam. Əgər sözləri deyəndə dodaqlar tərpənirsə, bu yaxşıdır, çünki bəzən elə başa düşürlər ki, səssiz namazların sözləri ürəkdə deyilir, yəni dodaqlar tərpənmir amma qəlbindən keçir. Bu düzgün deyil. Mütləq dodaqlar tərpənməlidir. Namazda pıçıltı ilə oxumaq olmaz. Səsli namazları səslə, səssiz namazları isə səssiz, dodaqları tərpədərək ürəkdə demək lazımdır. Namazda çaşdığınıza görə camaat namazını tərk etmək olmaz. Çünki camaat namazı fərdi qılınan namazdan iyirmi yeddi dərəcə üstündür. Sadəcə olaraq camaat namazına öyrəşmək lazımdır.  Həmçinin oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Səssiz namazlarda hansı sözlər səslə deyilir?
Teqlər: 
Paylaş: