Camaat namazına imamlıq edərkən necə niyyət etməliyəm?

    30.04.2014
Kimdən: 
Cəfərov Niyazi
Sual: 
Salam aleykum. Biz ishde 5-6 nefer namaz qiliriq ve men de pishe namaz dururam. Bilmek isteyirem ki, evvela men pishe namaz dura bileremmi ve niyyeti demeliyem? Birde ki, biz shadliq evinde ishleyirik. Bu ne derecede duzgundur? Xahiş edirem ki, etrafli cavab yazasiniz. Teshekkurler!..
Cavab: 

Aleykum salam. Namazda imam dayanmaq, yəni namaza rəhbərlik etmək üçün əvvəla kimin daha çox Qurandan surə əzbər bildiyinə baxmaq lazımdır. İçərinizdən kim daha çox surə bilirsə, onun dayanması daha yaxşıdır. Niyyəti dillə demək lazım deyildir. Siz namaza duranda artıq bilirsniz ki, hansı namaza durmusunuz. Bu bilməyiniz artıq niyyət sayılır. Dillə tələffüz etməyə gərək yoxdur. Şadlıq evində işləməyə gəlincə, əgər işinizdə bilavasitə haram varsa və başqa iş tapa bilərsinizsə, ondan uzaqlaşmağa çalışın. 

Teqlər: 
Paylaş: