Piano müəlliməsi işləmək olarmı?

    17.01.2022
Kimdən: 
R.R
Sual: 
Salam Aleykum.Menim sizden bir sualım olacaq Men piano müellimesiyem.Ve namaza yeni baslamisam,insallah hicabda baglayacam.Mene deyiller ki senin qazandigin pul haramdi.Bu dogrudur mu?Yeni men bu isi atsam isleye bileceyim bir is de yoxdur.
Cavab: 

Va aleykum salam. Dinimizdə musiqi haram olduğu üçün musiqini öyrətmək də günah sayılır. Odur ki, bu işi tərk edin və özününzə başqa bir qazanc yeri axtarmağa çalışın. Kim Allah üçün bir şeyi tərk edərsə, Uca Allah onu tərk etdiyindən daha xeyirlisi ilə əvəz edər. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bil ki, Allah üçün tərk etdiyin elə bir şey yoxdur ki, Allah onu daha xeyirlisi isə əvəz etməsin" (Əhməd, 21996). Həmçinin oxuyun: 

Paylaş: