Anam namaz qılmağıma izin vermir, nə edim?

    03.10.2021
Sual: 
Salam.Anam namaz qımağıma heç izin vermir.danışıram başa salmağa çalışıram ama yene qebul etmir.amma men qilmalıyam.ne etmeliyem? Teşekkürler.
Cavab: 

Va aleykum salam. Uca Allahdan sizi bu yolda sabit etməsini və ananıza da hidayət verməsini diləyirik. Valideynə itaət etmək vacib olsa da, günah olan işlərdə onlara itaət etmək qadağandır. Namaz qılmamaq və başqasının namaz qılmağına mane olmaq böyük günahdır. Ona görə də, bu məsələdə valideynə itaət etmək olmaz. Namazınıza davam edin və eyni zamanda valideyninizə namazın vacibliyini gözəl şəkildə, səbrlə, səsinizi qaldırmadan izah etməyə çalışın. Əgər valideyniniz namaz qılmağınıza mane olursa, namazları gizlində qıla bilərsiniz. Həmçinin oxuyun:

Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?

Valideynlərim namaz qılmağa qoymur, nə edim?

Teqlər: 
Paylaş: