Debet kartlarından istifadə etmək olarmı?

    12.11.2021
Sual: 
Assalamun Aleykum va Rahmatullahi va Barakatuhu. Bir neçə sualım var. 1. Dövlətin iş stajına görə verdiyi pensiya haramdır? Əgər bir şəxs 30 il işləyib və bu müddət ərzində dövlətə vergi verib. Daha sonra pensiya yaşına çatdığına görə pensiya almağa başlayıb və 40 il dövlətdən pensiya alıbsa bu qumara çevrilmiş olmur? Çünki 30 il dövlətə ödədiyindən daha çox pensiya almış olur. 2. Debet kartları haramdır? Çünki bəzi banklar debet kartlarından pul nağdlaşdırdıqda, nağdlaşdırılan pulun 1 faizi qismində əlavə pul tuturlar. Bu banka faiz ödəmə sayılır?
Cavab: 
Va aleykumus-sələm və Rahmətullahi və Bərakətuhu. 
1) Dövlət tərəfindən verilən pensiyalar dövlət büdcəsindən ödənildiyinə görə onu almaq icazəlidir. Hətta vətəndaş işlədiyi müddətdə topladığı pensiya fondundan daha artıq pensiya alsa belə bu, qumar və ya sələm sayılmır.
2) Debet kartları bankdakı hesabınıza yerləşdirdiyiniz pulla ödəniş etmək və ya həmin pulu nağd şəkildə bankomatdan çıxarmağa imkan verən kartlardır. Karta qoyduğunuz məbləğin üzərinə il ərzində əlavə faizlər gəlmirsə, bu kartları istifadə etmək icazəlidir. Bankla əlaqə saxlayaraq bu faizi ləğv etdirmək mümkündür. Bu kart vasitəsilə bankomatdan nağd pul çıxararkən ödədiyiniz 1% məbləğ xidmət haqqıdır və sələm, yəni haram sayılmır. Debet kartlarından fərqli olaraq, kredit kartlarını işlətmək haramdır, çünki kredit kartı ilə hesabınızda pul olmadığı halda bankdan borc pul çıxara bilirsiniz, daha sonra bu borcu üzərinə faiz gəlməklə geri ödəyirsiniz, bu isə sələmdir. Həmçinin oxuyun: Kreditə pul götürmək və alış-veriş kartları haqqında
Teqlər: 
Paylaş: