Zikr edərkən Quran surələrini ardıcıl oxumaq vacibdirmi?

    30.12.2021
Kimdən: 
Seamen
Sual: 
Salam mən gün boyu bir çox dualar və oxuyuram əzbərdən oxuyuram.zikirlər dualar edirəm öz özümə.ola bilsin ardıcılıqları səhv salıram.məs.ayəti kursunu fatiyə sürəsini ixlas və fələq ,nas sürələrini və digərlərini.bunu Allah qəbul edərmi?
Cavab: 

Va aleykum Salam. Zikr edərkən Qurandan oxuduğunuz surələri ardıcıl demək vacib şərt deyil, lakin ardıcıllığa riayət etmək daha yaxşıdır. Hüzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, bir gecə Peyğəmbərlə namaz qıldım əl-Fatihə surəsindən sonra əvvəl əl-Bəqərə surəsini oxudu, sonra ən-Nisa surəsini, sonra isə Ali-İmran surəsini oxudu. (Muslim, 772). Bildiyimiz kimi, Ali-İmran surəsi ən-Nisa surəsindən əvvəldir. Bu da göstərir ki, surələri ardıcıl oxumaq vacib deyil. Həmçinin oxuyun: Namaz qıldıqda surələr hansı ardıcıllıqla oxunmalıdır?

Teqlər: 
Paylaş: