"Allah və mələkləri peyğəmbərə salavat deyirlər..." ayəsinin izahı

    30.12.2021
Kimdən: 
Abdullah
Sual: 
Salam Aleykum, bir şexs iddia edir ki, Ehzab 56-dakı salavat sözü bizim salavat duası oxumağımız deyil, deyir bu ayedeki salavat yeni "ey iman edenler sizde peyğembere "destek verin" menasındadır. Allah Peyğember üçün dua etmir, çünkü dua etmek mexluqa aiddir ve ayedeki Allahın salavatı ona Öz lütfünü, merhemet ve rehmeti ile destek vermesidir, ayedede Allah Özünün destek verdiyini dedikde, bizimde onun üçün dua etmeyimizi yox mesh destek vermemizi isteyir. Sual budur ki, Bu ne derecede düzgündür?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə salavat deyirlər (xeyir-dua verir­lər). Ey iman gə­tirənlər! Siz də ona salavat deyib (xeyir-dua verib) kamil ədəb-ərkanla onu sa­lam­la­yın" (əl-Əhzab, 56).

Təfsir alimləri bildirmişlər ki, Uca Allahın Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat deməsi onu mələklər toplumunda tərifləməsidir. Mələklərin ona salavat deməsi isə onun üçün dua etməsidir, möminlərin ona salavat deməsi isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öyrətdiyi kimi ona salavat demələridir. (Bax: Mucahidin təfsiri, 2/520). Böyük alimlərdən Əbul-Aliyə, İbn Qeyyim, İbn Həcər və başqaları da belə demişlər. əl-Buxari "Səhih" əsərində Əbul-Aliyənin belə dediyini rəvayət etmişdir: "Allahın Peyğəmbərə salavat deməsi, onu mələklər toplumunda tərifləməsidir, mələklərin salavat deməsi isə onun üçün dua etməsidir". (əl-Buxari, 4/1802). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: