Əqli qüsurlu insanlar Qiyamət günü imtahan olunacaqlarmı?

    02.05.2022
Kimdən: 
adsız
Sual: 
salam aleykum va rahmatullahi va barakatuhu.Əqli qüsurlu şəxslər yaşınnan və kimliyinnən asılı olmayaraq qiyamət günü hesaba çəkiləcəklərmi?onlar üçündə imtahan varmıdır?Allah elminizə bərəkət versin.Allah əcrini versin.
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Səhih hədislərin birində bildirilir ki, Uca Allah Qiyamət günü əqli qüsurlu olan insanların ağlını qaytaracaq və onları təkrar imtahan edəcək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü heç nə eşitməyən kar adam, dəli, düşkünlük çağına çatmış qoca və fətra dövründə yaşayan adamlar olacaq. Kar deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsildiyi dövrdə yaşayan deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər dedi: “Muhəmmədin canı əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (Əhməd, 16344; İbn Hibban, 7357). Həmçinin oxuyun:  Cahillik üzrlüdürmü? 

Teqlər: 
Paylaş: