Əbədi Cənnəti qazanmaq üçün nə etmək lazımdır?

    18.07.2022
Kimdən: 
Yəhya
Sual: 
1)Əbədi cənnəti qazanmaq üçün nə edə bilərik? 2) Hz yusuf (ə) kimi gözəl və yaraşıqlı olmaq üçün nə etmək olar?
Cavab: 

Əssələmu aleykum.

1) Əbədi Cənnəti qazanmaq üçün Uca Allaha itaət edib Onun qadağan etdiyi şeylərdən çəkinib, buyurduğu əmrlərə tabe olmaq lazımdır. Ətraflı oxuyun: Cənnətə girmək üçün hansı əməlləri tərk etmək lazımdır?


2) Uca Allah insanları müxtəlif surətdə yaratmışdır. İnsan hələ anasının bətnində olarkən Uca Allah onun necə olacağını müəyyən etmişdir. Uca Allah bu xüsusda buyurur: "Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir" (Ali-İmran, 6). Alimlər bu ayənin təfsirində demişlər: "Bətnlərdə sizə istədiyi surəti verən Odur”, yəni sizi analarınızın bətnlərində istədiyi şəkildə – qadın və ya kişi, gözəl və ya çirkin yaradan Odur. Ruzi insanlar arasında bölüşdürüldüyü kimi zahiri görünüş və gözəllik də insanlar arasında Allah tərəfindən bölüşdürülmüşdür. İnsan ona verilən zahiri görünüşə görə Allaha şükür etməli və bununla razılaşmalıdır. Zahiri gözəllikdən daha önəmli olan isə insanın öz daxilini gözəlləşdirməsidir. Həmçinin oxuyun: Şükür haqqında
Teqlər: 
Paylaş: