Evli qadın sevdiyi naməhrəm kişi barədə xəyallar qurması günahdırmı?

    02.11.2022
Kimdən: 
....,
Sual: 
Salam evliyem namaz qiliram ama hicabliyam ama ureyimle bacara bimirem bir evli namaz qilan insanla bir birimizi sevirik ama sadece yazisma ile hisler yasamisiq ve bir tek de elimi tutub severek caresizlikden bele hisler yasayiriq uzaqdan ama esla aramizda daha yaxinliq olmayib yaxinliqimiz sadece xeyalda his etmisik ve birce defe de elimi tutub men de istemisem tutmaqi bu zinami sayilir ailemizden ayrilmaq fikirimiz yoxdu zerer vermirik ailemize sadece cox baqlandiqimiz ucun bele yollarla ureyimizi sakitlesdiririk bu zinasayilirmi yani virtual olaraq yasamaq bir birimizle sadece xeyallarla rahatlamaq bir birimizi real olaraq da sadece elimizi tuturuq zina sayilirmi ??
Cavab: 

Va aleykum Salam. Ailəli qadının naməhrəm bir kişinin əlindən tutması, onu xəyal etməsi haramdır və bunlar zinaya aparan əməllərdir. Həmçinin kişinin də naməhrəm evli qadınla eşq yaşaması və ona toxunması haramdır. Buna görə həm qadın, həm də kişi tövbə etməli və dərhal əlaqələri kəsməlidirlər. Şeytanın əsas məqsədi mömin insanı küfrə, əgər bacarmazsa böyük günaha sövq etməkdir. Şeytan insanı azdırmaq və böyük günaha sövq etmək üçün onu tədricən günahlara aparır, sonda insanı küfr əmələ və ya böyük günaha saldıqda ondan uzaqlaşır və insan bu əməldən peşman olur. Naməhrəm insan barədə şəhvani xəyallar qurmaq da günahdır. Həmçinin ərdə olan qadın belə etməklə öz ərinin haqqına da girmiş sayılır. Ətraflı oxuyun:

Paylaş: