İnsanın intim düşüncələrə dalması günahdırmı?

    17.04.2020
Sual: 
Selamun Aleykum. Hayırlı Sabahlar. 1)insan aklina hayaline kotu cinsel duşunceler getirmesinden dolayi mesul mudur? diyorki insan Ölene Kadar yaninda 1 şeytan olur o düşünce hayali şeytanin hatirlatmasi ve ondan dolayi aklimiza getirebiliriz. nedir bu mesele?
Cavab: 

Va aleykumus-sələm. 
1) İnsanın ağlına gələn intim fikirlər iki qisimdən ibarətdir: 
Birincisi, insanın özündən asılı olmayaraq ağlına gələn intim fikirlər. Bu növ fikirlər şeytandandır və insan bu fikirləri danışmadıqca və ya əməl etmədikcə, ona günah yazılmır. Çünki bu fikirlər qeyri-ixtiyari olaraq gəlir və onların qarşısını almaq mümkün olmur. Bu barədə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allah mənə vəd et­mişdir ki, ümmətim əməl etməyincə və ya danış­ma­yın­ca, qəlblərinə gələn vəsvəsələrə görə onları cəzalandırmayacaqdır". (əl-Bu­xari, 2528). 
İkincisi, insanın özünün xəyala dalaraq ağlına gətirdiyi intim fikirlər. Bu növ fikirlər qadağandır, hətta bəzi alimlərə görə bunları fikirləşmək zinanın növlərindən sayılır və insana günah qazandırır. Çünki birinci növdən fərqli olaraq bu növ fikirləri insan özü ağlına gətirir və çox vaxt belə fikirlər insanın harama baxmasından qaynaqlanır. İnsan belə fikirləri dəf etməli və onlara səbəb olan vasitələrdən də çəkinməlidir. Bu növ fikirləri dəf etməyə yardım edən ən güclü vasitələrdən biri də Allahı zikr etməkdir. 
2) İnsanın ağlına pis fikirlərin gəlməsinə səbəb şeytandır. Hər bir insan doğulduqda onunla bərabər şeytanı da doğulur. Uca Allah bu xüsusda buyurur: "Yoldaşı şeytan deyə­cək­: “Ey Rəbbimiz! Onu mən yol­dan çı­xart­­ma­dım, əksinə, o özü dərin azğınlıq içində idi!” Allah buyuracaq: “Mə­nim hüzu­rumda höcətləşməyin. Mən əv­vəlcədən sizi xəbərdar etmişdim. Mənim Sözüm dəyiş­məz­dir. Mən bəndələrə zülm edən de­yi­ləm!”" (Qaf, 27-29).

Bu, doğulan andan insana müvəkkil edilmiş şeytandır. O, Allahın hüzuruna kafir olaraq gələn insandan uzaqlaşaraq belə deyəcək. "Onu mən yol­dan çı­xart­­ma­dım", yəni mən onu azdırmadım". Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: "Hər bir insan doğulduqda, onun şeytanı da doğulur və insana pislikləri əmr edir. Amma mənim şeytanıma isə Allah Təala müsəlman olmağı əmr etdi". (Muslim, 2814).

Vəsvəsələrdən qurtulmağın yeganə yolu isə Allaha sığınmaq, zikr etməyi və Quran oxumağı çoxaltmaqdır. Uca Allah bu xüsusda buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. Şeytanlar öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər" (əl-Əraf, 200-202).

Başqa bir ayədə isə buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur" (ən-Nəhl, 98-99). Həmçinin oxuyun:

Pis fikirlərdən necə xilas ola bilərəm?

Pis şey fikirləşib amma onu etməsək günah qazanırıq?

Paylaş: