Gəzintiyə çıxanda həyat yoldaşına xoş görünmək üçün bəzənmək olarmı?

    06.05.2014
Sual: 
Salam aleykum. Qadin ancaq oz eri uchun bezenmelidir. Bes eger qadin oz eri ile chole chixarsa oz erine gozel gorsenmek uchun uzune gozune nese cheke bilermi? Lakin qadinin niyyeti erine gozel gorsenmek uchundur. Bashqa vaxt chole cixanda bezenmir, ancaq eri ile chixanda bezenir. Erin qelbi bu gozellikden xoş olarsa ve er qadinini gec-gec gorerse, misal uchun er deyende nishanli yeni kebinle. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Allah Təala buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)..." (əl-Əhzab, 33).
Qadın yalnız öz həyat yoldaşı üçün bəzənməli və öz gözəlliyini yalnız həyat yoldaşına nümayiş etdirməlidir. Qadınlar bu qaydaya əməl etsələr bütün ailələr xoşbəxt olar. Əgər qadınlar islah olsalar, bütün cəmiyyət islah olar. Uca Allah ailələrə bu qayda-qanunları buyurub ki, ailələr möhkəm və xoşbəxt olsun, ailə üzvləri bir-birinə sıx bağlı olsunlar. Əgər insanlar Uca Allahın əmrlərinə riayət etsələr həm bu dünyada, həm də axirətdə səadətə qovuşarlar.   

Teqlər: 
Paylaş: