İstədiyin şey baş verəcəyi təqdirdə əlavə namazlar qılmağı nəzir etmək olarmı?

    08.07.2022
Kimdən: 
Elsad
Sual: 
Salam.men tez tez Elave namazlar qiliram ama bu elave namazlar bu sebebnen qiliramki meselen:qizdirmam qalxir deyirremki Ay Allah sen menim qizdirmami sal men 10, ruket elave namaz qilacam estağfurullah şert kesmiş kimi cixmasin.ve niyetinde bele olur niyet edirem Allah rızası uçun 4ruket namaz qiliram ve eyni qaydada qiliram bu sayilrmi?
Cavab: 

Va aleykum Salam. Bu şəkildə niyyət etmək nəzir sayılır. Şəriətə görə Allaha yaxınlaşdıran ibadətlərlə (oruc, namaz, sədəqə, qurban və.s buna bənzər əməllərlə) niyyət, şəriət dilində desək nəzir etmək olar. Nəzir edilən ibadətlər niyyət edildiyi kimi yerinə yetirilməlidir. Nəzir barədə ətraflı oxuyun: Nəzir haqqında ayə və hədislər varmı?

Teqlər: 
Paylaş: