Əgər qonaq ev sahibindən daha çox Quran ayəsi bilirsə, namazda imam kim olmalıdır?

    08.07.2022
Kimdən: 
Malik
Sual: 
Salam aleykum. Əgər qonaq ev yiyəsindən daha çox Quran ayəsi bilirsə, imam kim durmalıdır?
Cavab: 

Va aleykum Salam. Qonaq ev sahibindən daha çox Quran ayəsi bilsə belə, ev sahibi imam olmağa daha layiqdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir qövmə aralarında Quranı ən çox bilən imamlıq etsin. Əgər Quranı bilməkdə eyni səviyyədə olsalar, onda sünnəni (hədisləri) daha çox bilən imamlıq etsin. Əgər sünnəni bilməkdə də eyni səviyyədə olsalar, onda ilk hicrət edən imamlıq etsin. Əgər hicrət etməkdə də eyni səviyyədə olsalar, onda ilk İslamı qəbul edən imamlıq etsin. Heç bir kəs başqa bir kəsə onun hakim olduğu yerdə izni olmadan imamlıq etməsin və heç bir kəs başqa bir kəsin evində onun izni olmadan şərəf bildiyi yerdə oturmasın" (Muslim, 673). Amma əgər ev sahibi özündən daha çox Quran ayəsini əzbər bilən qonağa icazə verirsə, qonaq imam dura bilər.

Teqlər: 
Paylaş: