Qadın şəhvət olmadan naməhrəm kişiyə baxa bilərmi?

    28.04.2022
Kimdən: 
Nahidə
Sual: 
əs-Sələmu aleykum. Naməhrəmə şəhvət olmadan baxmaq haramdırmı?
Cavab: 
Va aleykum Salam. Kişinin naməhrəm qadına baxması hər bir halda haramdır, istər şəhvətlə olsun, istər şəhvət hissi olmadan. Qadın isə şəhvət hissi olmadan naməhrəm kişiyə baxa bilər. Lakin, gözünü naməhrəmə baxmaqdan qoruması daha yaxşıdır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar". (ən-Nur, 31). Daha ətraflı: Naməhrəmə baxmaq günahdırmı?
Teqlər: 
Paylaş: