Fitrə zəkatını verməyə adam tapmadıqda nə etmək lazımdır?

    04.05.2022
Kimdən: 
Asif
Sual: 
Salam aleykum. Fitrə zəkatını verməyə adam tapmadiqda nə etmək lazımdır?
Cavab: 

Va aleykum Salam. Fitrə zəkatı Ramazan ayının son üç günü Bayram namazına kimi ərzaqla çıxarılan sədəqədir. Fitrə zəkatı barədə ətraflı oxuyun: Fitrə zəkatı

Fitrə zəkatı kasıblara verilir və yaşadığımız cəmiyyətdə kasıb ailələr tapmaq heç də çətin deyil. Əgər kasıb ailələr tapa bilməsəniz, bu halda fitrə zəkatını uşaq evlərinə, qocalar evinə və ya yaxınlığınızda olan məscidlərə verin. 

Teqlər: 
Paylaş: